Valideynlər övladlarının sosial şəbəkə profillərini izləsin Görün, yollarda nələr edirlər - VİDEO

Avtoxəbər 9 Oktyabr 2019 14:21 Oxunub 4561
Valideynlər övladlarının sosial şəbəkə profillərini izləsin  Görün, yollarda nələr edirlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əks halda onları polis şöbələrində axtarmalı olacaqlar

Sükan arxasında müxtəlif hərəkətlər edərək özünü və digərlərini təhlükəyə atmaq. Avtosfer.a-a müraciət ünvanlayan oxucumuz deyir ki, təəssüf ki, belə videolar sosial şəbəkələrdə yayılır.  Əksər hallarda bu cür videolar çəkib paylaşanların heç sürücülük vəsiqəsi də olmur. Bəzi hallarda isə yeniyetmələr evdən icazəsiz pul götürür, hansısa sürücülük vəsiqəsi olan tanışının adına maşın kirayə götürərkən şəhərdə oyun çıxardırlar. Bu isə kobud qayda pozuntularına, ağır qəzalara gətirib çıxarır. 
Odur ki, valideynlər övladlarına nəzarət etsinlər. Onların sosial şəbəkələrdə profillərinə diqqət yetirsinlər. Əks halda övladlarının məsuliyyətə cəlb olunması ilə üz-üzə qalacaqlar.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh