Yol polisləri yolda qalmış sürücüyə benzin alıb verdi - FOTO - VİDEO

Yol polisi 9 Oktyabr 2019 11:13 Oxunub 1347
Yol polisləri yolda qalmış sürücüyə benzin alıb verdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
YPX əməkdaşları problemi dərhal həll ediblər

Oktyabr ayının 5-i, səhər saat 08:24 radələrində Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında köməksiz vəziyyətdə qalan taksi sürücüsünə yol polisləri yardım edib. Bu barədə Avtosfer.az-a vətəndaşlardan biri məlumat verib.

Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları 99 YP 694 dövlət nömrə nişanlı xidməti avvtomobil ilə yanacağı bitərək yolda qalmış sürücü üçün benzin alıb gətiriblər. Benzini bitdiyi üçün yolda dayanmış "AzSamand" markalı avtomobilə yaxınlaşan YPX əməkdaşları problemi dərhal həll ediblər. Vətəndaşlardan biri tərəfindən çəkilmiş görüntüləri təqdim edirik. Videonu Avtosfer.az-a təqdim edən vətəndaş sonda “qürur duydum, ona görə çəkib paylaşmaq istədim” sözlərini əlavə edib.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh