17 yaşlı tələbə yol qəzasında ölüb - Bakıda
Qəzalar 9 Oktyabr 2019 12:08 251 dəfə oxunub
17 yaşlı tələbə yol qəzasında ölüb - Bakıda
Faktla bağlı araşdırma aparılır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, qəza Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, səhər saatlarında dərsə gedən tələbə, 2002-ci il təvəllüdlü Abdullayeva Solmaz Bəhruz qızını yolu keçərkən avtomobil vurub. 17 yaşlı qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Məhrumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh