Yol polisi Zərdabda maarifləndirici tədbir keçirib - FOTO

Yol polisi 9 Oktyabr 2019 13:43 Oxunub 1143
Yol polisi Zərdabda maarifləndirici tədbir keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şagirdləri maraqlandıran suallar cavablandırılıb

Tədbirdə polis əməkdaşları, məktəbin rəhbərliyi və şagirdlər iştirak ediblər. Çıxış edən Zərdab RPŞ-nin dövlət yol polis bölməsinin İnzibati Təcrübə Üzrə baş inspektor, polis baş leytenantı Rəvan Cəbrayılov bildirib ki, bu cür görüşlərin keçirilməsində məqsəd şagirdləri təhlükəsizlik qaydaları ilə tanış etmək və gələcəyimiz olan uşaqları baş verə biləcək yol qəzalarından qorumaqdır. Həmçinin balacalara yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, təhlükəsizlik qaydaları izah olunub, iştirakçılarla yol mədəniyyətinin yüksədilməsi barədə maarifləndirici söhbətlər aparılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh