ŞOK hadisə: Məktəbin həyətindən 6 tonluq generatoru oğurladılar - FOTO

Avtosfer Foto 9 Oktyabr 2019 17:55 Oxunub 1649
ŞOK hadisə: Məktəbin həyətindən 6 tonluq generatoru oğurladılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis 1 nəfəri yaxalayıb, daha birini isə axtarır

Türkiyənin Antalya vilayətində məktəbin bağçasında 6 tonluq generatoru oğurlayan şəxslərdən biri həbs edilib, digərinin isə axtarışları davam etdirilir. Avtosfer.az xəbər verir ki, hadisə Manavqat rayonunun Örənşəhər məhəlləsində baş verib.

Məlumata görə, oktyabrın 7-də naməlum şəxslər, Anadolu İmam Hatip Liseyinin bağçasında 6 tonluq generatoru kran vasitəsi ilə bir nəqliyyat vasitəsinə yükləyərək oğurlayıblar.

Bundan sonra məktəb səlahiyyətliləri polisə şikayətlə müraciət ediblər. Araşdırmalara başlayan polis briqadaları ərazidə olan təhlükəsizlik kameralarına baxış keçiriblər. Baxış zamanı, generatoru 07 AHL 086 qeydiyyat nömrə nişanlı maşınla oğurlandığı, nəqliyyat vasitəsi K.E.-nin adına qeydiyyatda olduğu lakin F.E. tərəfindən idarə edildiyi məlum olub. 

Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində F.E.-ni Alaniyada yaxalayıb. Generator isə məktəbin həyətinə gətirilərək əvvəlki yerinə qoyulub.

F.E. ilə oğurluqda əlbir olan Ö.Y. Mərsinə qaçdığı və yaxalanması üçün işlərin aparıldığı bildirilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh