Avtomobil yarış zamanı DƏHŞƏT: kişi göydə “uçdu” - VİDEO

Avtosfer TV 9 Oktyabr 2019 18:37 Oxunub 1416
Avtomobil yarış zamanı DƏHŞƏT: kişi göydə “uçdu” - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
31 yaşlı kişi ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib

Ukraynada keçirilən avtomobil yarışı zamanı maşınlardan biri kənarda izləyən azarkeşi vurub. Avtosfer.az xəbər verir ki, insidentin görüntüləri Çerkass şəhərində qeydə alınıb.

Kadrlarda, sürətlə hərəkətdə olan yarış maşınının idarəetmədən çıxaraq yol kənarına istiqamətləndiyi görülür. Bundan sonra avtomobil, səkidə dayanaraq yarışı izləyən azarkeşə dəyir və qəzanın şiddətindən 31 yaşlı kişi havaya qalxaraq metrlərlə uçaraq yerə düşür.

Yerli medianın yazdığına görə, o, ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh