Avtosfer.az | Reklam
Huşsuz vəziyyətdə tapılan qız öldü
Gündəm 9 Oktyabr 2019 15:24 164 dəfə oxunub
Huşsuz vəziyyətdə tapılan qız öldü
Onun bədəni üzərində olan xəsarətlərin necə və kim tərəfindən törədilməsi hələ də araşdırılır

Beyləqan rayonunda küçədə huşsuz vəziyyətdə tapılan 18 yaşlı qız vəfat edib. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, rayonun Yuxarı Aran kənd sakini 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı bu gün Beyləqan rayon Mərkəzi Xəstəxanasında vəfat edib. A.Quliyeva oktyabrın 7-də tapılıb xəstəxanaya aparıldığı gündən bəri komada idi. Onun ağır kəllə-beyin travması aldığı, qıçında və çanağında sınıqlar olduğu üçün həkimlər vəziyyətini ağır qiymətləndirmişdi. Onun bədəni üzərində olan xəsarətlərin necə və kim tərəfindən törədilməsi hələ də araşdırılır.

A.Quliyeva bir dəfə evli olub və boşanıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh