Avtosfer.az | Reklam
Bakıda ictimai nəqliyyatın durumu baş redaktorlarla müzakirə olundu - FOTO
Gündəm 9 Oktyabr 2019 15:28 352 dəfə oxunub
Bakıda ictimai nəqliyyatın durumu baş redaktorlarla müzakirə olundu - FOTO
Vüsal Kərimi: “Məqsədimiz ictimai nəqliyyatı güvənli və təhlükəsiz təqdim eməkdir”

Bakı Nəqliyyat Agentliyində (BNA) Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov başda olmaqla bir qrup media rəhbəri BNA rəhbərliyi ilə birgə müzakirələr aparılıb. Media rəhbərləri ilə keçirilən görüş ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli istiqamətində atılan addımlarla bağlı oldu. BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli 3 ildir fəaliyyət göstərən Agentliyin əldə etdiyi uğurlarla yanaşı qarşıda duran məsələlərə də iqqət çəkdi.
Vüsal Kərimli bildirib ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxs kimi öz işini uğurla davam etdirir. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, o cümlədən də media ilə sıx münasibət qurulub. Vüsal Kərimli məhz media ilə qarşılıqlı əməkdaşlığın qurulması ilə nəqliyyatın tənzimlənməsinə dair təbliğat işlərinin qurulması və mövcud nöqsanların aradan qaldırılması üçün medianın dəstəyinə güvəndiyini və nəqliyyatın işində müsbət dəyişikliklərin əldə edilməsi üçün birgə fəaliyyətin əhəmiyyətini qeyd etdi. BNA rəsmisi bildirdi ki, məqsədləri hər gün 2 milyon 200 sərnişinin daşınmasında iştiak edən bir qurum olaraq ictimai nəqliyyatı güvənli və təhlükəsiz təqdim eməkdir.
Görüşdə qanunsuz parklama, süni tıxac yaradan səbəblərə də toxunuldu. Vüsal Kərimli süni tıxac yaradan əngəllərin aradan qaldırılmasında hər bir vətəndaş, ictimaiyyət nümyəndəsinin təşəbbüsı göstərməsini arzu etdi. Təəssüflə bildirdi ki, evdən çıxan və yolun tıxac olması üzündən 2 saat yolda qalan müəllimin məktəbdə verə biləcəyi dərsin keyfiyyəti düşündürücüdür: “Yola çıxan hər bir kəsin nəqliyyat, dayanacaq, parklama və sair problemlərllə qarşılaşmaması üçün hamı tələb olunan qaydalara düzgün əməl etməlidir”.
Vüsal Kərimli eləcə də BNA-nın birbaşa ixtiyarında olan Baku Bus avtobuslarının işləmə qaydası, beynəlxalq yarışlar ərəfəsində göstərdiyi fəaliyyətlə bağlı müsbət addımların atıldığını, ötən illərlə müqayisədə nəqliyyat və sərnişindaşımada müəyyən müsbət dəyişikliklərin olduğunu vurğuladı.
Görüşdə, xüsusilə qəsəbələrədə ictimai nəqliyyat problemlərinə toxunuldu. İctimai nəqliyyatda sürücünün sərnişinlə davranışı və avtobusların müasir standartlra uymaması, bir çox marşrutların, o cümlıdən qəsəbələrdə sərnişin daşınmasını həyata keçirən avtobusların vaxtlı vaxtında işləməməsi, 108, 81 və digər marşrutlarla bağlı narazılıqlar, avrobuslarda sürücülərin siqaret çəkməsi faktları əsas müzakirə mövzusu olaraq qeyd olundu və hələ də öz həllini tapmadığı vurğulandı.
Vüsal Kərimli BNA olaraq “Baku Bus”ların hərəkətini nizamladıqlarını qeyd etsə də, hamılıqla nəqliyyat sistemindəki neqativləri aradan qaldırmaq üçün ictimai birliyin fəallıq göstərməsini ən mühüm məsələ kimi önə çəkdi.
Sonda isə belə görüşlərin və müzakirələrin davamlı keçirilməsina razılıq ifadə olundu.

 

Tahirə

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh