Avtosfer.az | Reklam
Şəki DYP-dən məktəbdə maraqlı tədbir - FOTO
Yol polisi 9 Oktyabr 2019 16:04 305 dəfə oxunub
Şəki DYP-dən məktəbdə maraqlı tədbir - FOTO
Məktəblilər maraqlı səhnəciklər göstərib

Şəki DYP -nin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Diqqət,Uşaqlar!aylığı çərçivəsində təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti tədbirlərdən biri də,09 oktyabr 2019-cu il tarixdə Şəki şəhəri 12 saylı tam orta məktəbdə keçirilib. Məktəblilərə küçə hərəkəti qaydaları öyrədilib,hər birinə piyadanın vəzifələri yazılmış vərəqələr paylanıb,onları maraqlandıran suallar DYP əməkdaşı tərəfindən ətraflı cavablandırılıb. Tural Niftalıyev bildirib ki, bu tədbirlər təhsil müəssisələrində uşaqların həyat və sağlamlığının qorunması,piyadaların intizamının artırılması və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə keçirilir. 

Yekunda şagirdlərin hazırladıqları Yol Hərəkəti Qaydaları barədə səhnəciklərə tamaşa edilib. Şəki DYP -nin təbliğat və təşviqat üzrə inspektoru Tural Niftalıyev,uşaqların belə maraqlı səhnələri hazırlamasında əməyi olan məktəbin tərbiyə işləri üzrə direktor müavini(təşkilatçı) Günel Rəhimzadəyə və uşaq birliyi təşkilatı rəhbəri İlhamə Abdulkərimov aya minnətdarlığını bildirib.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh