Azərbaycanlı bloger bu hərəkəti ilə qubernatoru özündən çıxardı - VİDEO

Avtosfer TV 9 Oktyabr 2019 16:21 Oxunub 1603
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüseyn Həsənovun da daxil olduğu 12 avtomobil mərkəzi küçədə qaydaları pozaraq sürətlə hərəkət edir

Rusiyanın Samara vilayətinin qubernatoru Dmitri Azarov əslən azərbaycanlı olan bloger Hüseyn Həsənovun sərt və tez bir zamanda cəzalandırılmasını tələb edib. Buna səbəb blogerin 6 oktyabr tarixində avto-xuliqanlıqla bağlı videopaylaşım etməsidir. Videodan göründüyü kimi, Hüseyn Həsənovun da daxil olduğu 12 avtomobil mərkəzi küçədə qaydaları pozaraq sürətlə hərəkət edir. 

Gənclərin bu addımı yerli sakinlərin etirazı ilə qarşılanıb və sosial şəbəkədə qınaq obyektinə çevrilib.

"Qanunazidd bu cür aksiyalar baş verdikdə, onlar yeniyetmələri oxşar hərəkətlərə təhrik edir",-deyə Dmitri Azarov bildirib.

 

baku.ws

ŞƏRH YAZ
Ad

E-mail

Şərh