Qırmızıda keçən daha bir sürücü cərimələndi - VİDEO

Avtosfer TV 9 Oktyabr 2019 17:56 Oxunub 2240
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkəti haqqında Qanunun 60-cı maddəsinin tələblərini pozub

Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, Salyan şossesi 22 ünvanında qeydə alınan görüntülərdə 60 BD 006 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Yol hərəkəti haqqında Qanunun 60-cı maddəsinin tələblərini (svetoforun qadağanedici işığında keçmək) pozub. "Hyundai" markalı avtomobilin sürücüsü qırmızı işıqda keçən zaman yaşıl işıqda keçən "Nissan Tida" markalı avtomobilə təhlükə yaradıb. Yol polisi isə görüntülərə əsasən sürücünü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbi ilə 60 manat və 3 bal cəzalandırılıb. Görüntüləri təqdim edirik:

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh