Avtosfer.az | Reklam
Beyləqanda yol kənarında tapılan 18 yaşlı qızın ölüm SƏBƏBİ BƏLLİ OLDU
Qəzalar 9 Oktyabr 2019 18:01 218 dəfə oxunub
Beyləqanda yol kənarında tapılan 18 yaşlı qızın ölüm SƏBƏBİ BƏLLİ OLDU
Hazırda onlar da hadisənin təsirindədir

Beyləqanda yol kənarında huşsuz tapılan 18 yaşlı qızın ölüm səbəbi bilinib. 

Avtosfer.Az xəbər verir ki, günorta saatlarında xəstəxanada vəfat edən Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı döyülməyib. 

Meyitin müayinəsi zamanı məlum olub ki, A.Quliyevanı maşın vurub.

Yuxarı Aran kənd bələdiyyəsindən Oxu.Az-a verilən məlumata görə, A.Quliyevanın ailəsində hər hansı problem olmayıb. Hazırda onlar da hadisənin təsirindədir. A.Quliyevanın iki bacısı və üç qardaşı var. 

Qeyd edək ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət məcəlləsinin 263.2-ci maddəsi (ölümlə nəticələnən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh