Avtosfer.az | Reklam
Arvadına 18 bıçaq zərbəsi vurub öldürdü - Bakıda daha bir dəhşət
Gündəm 9 Oktyabr 2019 18:10 447 dəfə oxunub
Arvadına 18 bıçaq zərbəsi vurub öldürdü - Bakıda daha bir dəhşət
Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanılıb

Bakıda daha bir qadın əri tərəfindən qətlə yetirilib. 

Avtosfer.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, 39 yaşlı İlham Əkbərov Nizami rayonunda yaşadığı evdə arvadı, 36 yaşlı Cəvahiri qısqanclıq zəminində bıçaqlayaraq öldürüb. Onun arvadına 18 bıçaq zərbəsi vurduğu bildirilir. İ.Əkbərov hadisə yerindən qaçaraq Şəkiyə gedib. Nizami və Şəki polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Avtovağzal metrostansiyası yaxınlığında Nicat Abdullayev 20 bıçaq zərbəsi vuraraq arvadı Leyla Abdullayevanı qətlə yetirmişdi.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh