Avtosfer.az | Reklam
Prezidentin "Qarabağ Azərbaycandır!" şüarı Bakı küçələrini bəzədi - FOTO
Gündəm 9 Oktyabr 2019 18:26 431 dəfə oxunub
Prezidentin "Qarabağ Azərbaycandır!" şüarı Bakı küçələrini bəzədi - FOTO
Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə hazırlanan posterlər mərkəzi küçələrdə asılıb

Prezident İlham Əliyev Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı beynəlxalq hüquqa əsaslanan sərt, qətiyyətli və məntiqli bəyanatında Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu əsaslandıraraq cavab vermişdi ki, "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Avtosfer.az xəbər verir ki, Prezidentin bu sözləri poster şəklində Bakı küçələrində vurulub. Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə hazırlanan posterlər Mərkəzi küçələrdə asılıb.

Fotoları təqdim edirik:

Elmin

ŞƏRH YAZ
Ad
E-mail
Şərh