Avtosfer.az | Reklam
Diqqət! Bu yolda təmir başlanır
Gündəm 9 Oktyabr 2019 20:34 849 dəfə oxunub
Diqqət! Bu yolda təmir başlanır
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur

Oktyabrın 10-dan etibarən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində təmir işlərinə başlanılır. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, təmir işləri sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur. Bu müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh