Ermənilər maşınına Türk bayrağı asan azərbaycanlıya hücum etdi - VİDEO

Gündəm 25 Aprel 2015 13:04 Oxunub 1396
Ermənilər maşınına Türk bayrağı asan azərbaycanlıya hücum etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Türkiyə mediası: «Azəri vətəndaş Türk bayrağını tək başına qoruyub»

Amerikada avtomobilinə asdığı türk bayrağına hücum edən ermənilərlə mübahisə edən azərbaycanlı polis tərəfindən saxlanılıb. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda ermənilərin “qondarma soyqırım”ının il dönümünə görə türk səfirliyi qarşısında türklər və ermənilər aksiya keçirib. Ermənilər iki dəfə türk bayrağını ayaq altına almaq istəyiblər. Bunu görən türk vətəndaşlarının ermənilərə reaksiya göstərməsi mübahisəyə səbəb olub. 

Digər tərəfdən erməni qrupun qarşısından avtomobilindən asdığı türk bayrağıyla keçən bir Azərbaycan vətəndaşını ermənilər saxlayaraq müdaxilə edib. Avtomobilin içindəki bayrağı alan erməni qrupa oradakı türklər də müdaxilə edib. Avtomobildən enərək ermənilərə cavab vermək istəyən azərbaycanlı yaranan mübahisəyə görə polis tərəfindən saxlanılıb.   

Qeyd edək ki, Türkiyə mediası hadisəni “Azeri vatandaş Türk bayrağını tek başına korudu” başlıqlı xəbərlərlə yayımlayıb.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh