Avtosfer.az | Reklam
Bakıda "Muravey" səkiyə çırpıldı: 32 yaşlı kişi öldü
Qəzalar 9 Oktyabr 2019 21:08 472 dəfə oxunub
Bakıda "Muravey" səkiyə çırpıldı: 32 yaşlı kişi öldü
Faktla bağlı cinayət işi başlanıb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Səbail rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü İsmayılov Elvin Ağamehdi oğlu idarə etdiyi "Muravey" markalı motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və Səbail rayonu, M.Qurban küçəsi 2 ünvanındakı səkiyə çırpılıb. Qəza nəticəsində E.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh