Saya oturan gəmimiz dənizə çıxdı

Gündəm 25 Aprel 2015 13:46 Oxunub 1259
Saya oturan gəmimiz dənizə çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Teymur Əhmədov” gəmisi təyinat limanına istiqamət götürüb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin saya oturmuş “Teymur Əhmədov” gəmisi Xəzər dənizinə çıxaraq təyinat limanına istiqamət götürüb. Bu barədə AzərTAc-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən məlumat verilib. Bildirilib ki, martın 31-də “Teymur Əhmədov” teploxodu Həştərxan limanından çıxdıqdan sonra, Volqa-Xəzər kanalının 138.5-ci kilometrində Rusiyanın Gəmilərin hərəkətinin idarə olunması xidmətinin gəmidəki bələdçilərinin göstərişləri ilə hərəkət edən zaman saya oturmuşdu. 

Gəminin saya oturmasına səbəb güclü şərq küləyinin təsiri altında suyun çəkilməsi və kanalın qumla dolması olub. Bundan əlavə, adıçəkilən xidmətin gəmiyə verdiyi keçid dərinlikləri faktiki dərinliklərə uyğun olmayıb.

Heç bir zədə almayan gəmi saydan çıxarıldıqdan sonra Volqa-Xəzər kanalının 137.7 kilometrində lövbərə dayanaraq diğər gəmilər kimi, kanalın dərinləşdirilməsini gözləyirdi. Kanal dərinləşdirildikdən sonra isə “Teymur Əhmədov” səfərini davam etdirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh