Avtosfer.az | Reklam
Goranboyda minik maşını traktorla toqquşdu: xəsarət alanlar var
Qəzalar 10 Oktyabr 2019 09:26 262 dəfə oxunub
Goranboyda minik maşını traktorla toqquşdu: xəsarət alanlar var
Faktla bağlı araşdırma aparılır

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Xınalı kəndində qeydə alınıb. Belə ki, "VAZ 2112" markalı minik maşını ilə traktorun toqquşması nəticəsində birincinin sürücüsü 1941-ci il təvəllüdlü İsmayıl Həsənov, onun həyat yoldaşı 1948-ci il təvəllüdlü Şəfiqə Həsənova və daha bir sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh