Avtosfer.az | Reklam
Bakı-Sumqayıt yolunda avtoqəza baş verib, sürücü xəsarət alıb - FOTO
Qəzalar 10 Oktyabr 2019 09:34 258 dəfə oxunub
Bakı-Sumqayıt yolunda avtoqəza baş verib, sürücü xəsarət alıb - FOTO
Araşdırmalar aparılır

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, axşam saatlarında Sumqayıtdan Bakı istiqamətində hərəkət edən 90-BX-650 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil Bağlar massivi yaxınlığında qəzaya uğrayıb. Belə ki, idarətməni itirən sürücü avtomaşını dəmir arakəsmələrə çırpıb, sonra isə nəqliyyat vasitəsi yol kənarında olan işıq dirəyinə dəyib. Zərbənin gücündən avtomobil yararsız hala düşüb və sürücü xəsarət alıb. O, ətrafdakı insanların köməyi ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub, araşdırmalar aparılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh