Avtosfer.az | Reklam
Mingəçevirdə iki “Mercedes” toqquşub - FOTO
Qəzalar 10 Oktyabr 2019 09:46 240 dəfə oxunub
Mingəçevirdə iki “Mercedes” toqquşub - FOTO
Hadisə şəhərin Xaldan şossesi istiqamətində baş verib

Mingəçevirdə minik avtomobili yük maşını ilə toqquşub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Xaldan şossesi istiqamətində baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili “Mercedes” markalı yük maşını ilə toqquşub. Minik maşınının sürücüsü qəzadan yüngül xəsarətlə qurtulub və müayinə üçün xəstəxanaya aparılıb.

Qəza nəticəsində, həmçinin yük maşınının yanacaq çəni dağılıb və içərisindəki yanacaq ətrafa yayılıb. Hadisədə yerinə gələn yanğından mühafizə briqadası yarana biləcək yanğının qarşısını almaq məqsədilə ərazinin yanacaq səpilmiş hissəsini su ilə neytrallaşdırıb.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh