Avtosfer.az | Reklam
Bakıda xanım sürücü avtomobili ağaca çırpıb
Qəzalar 10 Oktyabr 2019 10:14 258 dəfə oxunub
Bakıda xanım sürücü avtomobili ağaca çırpıb
Faktla bağlı araşdırma aparılır

Bakının Nərimanov rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, qəza Ə.Rəcəbli küçəsində qeydə alınıb.

Belə ki, 21 yaşlı Talıbova Əfsanə Hənifə qızı idarə etdiyi "Hundai Elantra" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı o, xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh