Avtosfer.az | Reklam
Bakıda keçmiş məhkumdan narkotik vasitə aşkarlanıb
Gündəm 10 Oktyabr 2019 11:33 165 dəfə oxunub
Bakıda keçmiş məhkumdan narkotik vasitə aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində

Bakıda keçmiş məhkumdan narkotik vasitə aşkarlanıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Xəzər rayon ərazisində baş verib. Belə ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı İ.Əhmədov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 343 qram metamfetamin aşkarlanaraq götürülüb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh