Yol polisləri ölümlə üzləşən sürücünü xilas etdi - VİDEO

Yol polisi 10 Oktyabr 2019 11:34 Oxunub 1463
Yol polisləri ölümlə üzləşən sürücünü xilas etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təcili yardım gələnə qədər sürücüyə kömək ediblər

Bakıda sükan arxasında vəziyyəti pisləşən sürücünün köməyinə yol polisləri çatıb. Bu barədə adının açıqlanmasını istəməyən "Mercedes" markalı avtomobilin sürücüsü özü məlumat verib. Belə ki, avtomobil idarə edən zaman halının pisləşdiyini hiss edən sürücü Nərimanov rayonu ərazisində aptekə girərək təzyiqinin ölçülməsini və ona dərman verilməsini istəyib. Lakin ona kömək edən olmayıb. Babək prospektində, Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında sürücü huşunu itirib. Bu zaman yaxınlıqda xidmət aparan YPX əməkdaşları avtomobilə yaxınlaşıblar. Təcili yardım gələnə qədər sürücüyə ilkin tibbi yardım göstərilib. 

Sürücü dövlət işində çalışdığı üçün adının açıqlanmasını istəməyib. Avtosfer.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, hadisə həqiqətən də baş verib. Əldə olunan görüntülərdə də YPX əməkdaşlarının sürücüyə yardım etdiyi əks olunub. Sürücü bildirib ki, təcili yardım gələndən sonra yol polisləri onu xəstəxanaya yola salıblar. Avtosfer.az saytı vasitəsilə həmin YPX əməkdaşlarına təşəkkür edib. "Təəssüf ki, onları tanımıram. Əgər rastlaşsam mütləq onlara özüm təşəkkür edəcəm. Çox sağ olsunlar."

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh