Avtosfer.az | Reklam
Bakı-Quba yolunda eyni yerdə iki qəza: ÖLƏNLƏR VAR - FOTO
Qəzalar 10 Oktyabr 2019 12:20 2051 dəfə oxunub
Bakı-Quba yolunda eyni yerdə iki qəza: ÖLƏNLƏR VAR - FOTO
Faktla bağlı araşdırma aparılır

Bakı-Quba yolunun 48-ci kilometirliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin Press.az-a verdiyi məlumata görə Vaz 2107 markalı avtomobil idarəetməni itirərək yük avtomobilinə toqquşub. Qəza nəticəsində minik avtomobilində olanlar - 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə Məmməd qızı, onun oğlu, 1988-ci il təvəllüdlü Allahverdiyev Taleh Hümbət oğlu və gəlini, Nazilə Allahverdiyeva aldıqları xəsarətdən hadisə yerində dünyalarını dəyişiblər.

Bir az sonra başqa bir Shacman markalı yük avtomobili hadisə yerinə sürətli yaxınlaşdığından anidən yolda az əvvəl baş verən hadisədən yayınmaq üçün yük avtomobilini yolun kənarına çevirib. Bu an 2 ci qəza baş verib. Sürətini azalda bilməyən Shacman sürücüsü, yolun kənarında dayanan bir başqa Shacmana çırpılıb.

2 -ci qəzada xəsarət alan olmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh