Avtosfer.az | Reklam
Yevlaxda törədilən qətllə bağlı cinayət işi başlanılıb
Gündəm 10 Oktyabr 2019 12:44 203 dəfə oxunub
Yevlaxda törədilən qətllə bağlı cinayət işi başlanılıb
Faktla əlaqədar cinayət işi başlanıb

Daxili İşlər Nazirliyi (DİN) Yevlaxda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 9-da saat 21 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisindən kənd sakini Rasim Nazarovun kəsilmiş-deşilmiş xəsarətlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən kənd sakini Y.Çuqay saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh