Avtosfer.az | Reklam
Bakı-Quba yolunda baş verən yol qəzasında ölənlərin adları məlum olub
Gündəm 10 Oktyabr 2019 12:41 159 dəfə oxunub
Bakı-Quba yolunda baş verən yol qəzasında ölənlərin adları məlum olub
Faktla bağlı araşdırma aparılır

Bakı-Quba yolunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.  Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə magistral yolun Sumqayıt şəhərinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili, qarşıda gedən "MAN" markalı yük maşınına arxadan çırpılıb.  Qəza zamanı minik maşınında olan  bir ailənin üç üzvü - 1988-ci təvəllüdlü Allahverdiyev Taleh Qüdrət oğlu, həyat yoldaşı Allahverdiyeva Nazilə və anası 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh