Avtosfer.az | Reklam
Bərdədə iki avtomobil toqquşdu: xəsarət alan var - FOTO
Qəzalar 10 Oktyabr 2019 13:12 211 dəfə oxunub
Bərdədə iki avtomobil toqquşdu: xəsarət alan var - FOTO
Faktla bağlı araşdırma aparılır

Bərdədə iki minik maşını toquşub. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Soğanverdilər kəndində qeydə alınıb. Bərdə rayon sakini, 1965-ci il təvəllüdlü Səfər Qurbanovun idarə etdiyi “Niva” markalı 90 PC 131 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olan “Mercedes” markalı 10 RG 951 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “Niva”nın sürücüsü S.Qurbanov ağır xəsarət alıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh