Avtosfer.az | Reklam
Gürcüstan aeroportlarında sərnişin daşımaları artıb
Gündəm 10 Oktyabr 2019 15:39 142 dəfə oxunub
Gürcüstan aeroportlarında sərnişin daşımaları artıb
Bu ilin yanvar-sentyabr ayları ərzində

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın hava limanlarından istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% artaraq 4 139 955 nəfərə  çatıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, iyulun 8-də Gürcüstan və Rusiya arasında hava nəqliyyatının kəsilməsi səbəbindən bu göstərici həmin dövr üçün müəyyənləşdirilən  proqnozdan 9-10% az olub. Belə ki, Agentlik artım tempini 14-15% səviyyəsində olacağını proqnozlaşdırırdı. Hesabat dövründə Tbilisi Beynəlxalq Aeroportu 2 971 398 sərnişinə, Batumi hava limanı isə 524 068 sərnişinə xidmət edib. Bu ilin ilk doqquz ayında Gürcüstanda hava nəqliyyatı ilə daşınan yüklərin həcmi isə 18 507,7 ton təşkil edib ki, bu, illik müqayisədə 380,1 ton və ya 2% azdır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh