Avtosfer.az | Reklam
“BMW” yolu keçən piyadanı vurub
Qəzalar 10 Oktyabr 2019 16:26 364 dəfə oxunub
“BMW” yolu keçən piyadanı vurub
Hadisəni Balakən Rayon Polis Şöbəsi araşdırır

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, rayonun Müşfiq qəsəbəsi ərazisində yolu keçən Cəbrayıl rayon sakini Solmaz Abdullayevanı Bakı şəhər sakini A.Ağayev idarə etdiyi “BMW” markalı avtomobillə vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Balakən rayonunun Qazma kəndi ərazisində isə kənd sakini Əsəd Vəliyev idarə etdiyi “VAZ-2114” markalı avtomobillə həmkəndlisi Eşqin Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni Balakən Rayon Polis Şöbəsi araşdırır.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh