Avtosfer.az | Reklam
Balakəndə 64 kq at cəmdəyi aşkar edilib - FOTO
Gündəm 10 Oktyabr 2019 16:37 649 dəfə oxunub
Balakəndə 64 kq at cəmdəyi aşkar edilib - FOTO
Hazırda faktla bağlı araşdırma davam etdirilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Balakən şəhəri Tofiq Quliyev küçəsində yaşayan Çonpuzov Elgün Zeynəddin oğluna məxsus həyətyanı sahəyə baxış keçirib.

AQTA-dan Avtosfer.az-a verilən məlumata görə, baxış zamanı Çonpuzov Elgün Zeynəddin oğlunun həyətyanı sahəsində qanunsuz və antisanitar şəraitdə kəsimi həyata keçirilən, təxmini çəkisi 64 kq olan at cəmdəyi aşkar edilib. Heyvan cəmdəyinə baxış keçirilən zaman onun bakterioloji çirklənməyə məruz qaldığı şübhəsi yaranıb. Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

 

Namiq

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh