Avtosfer.az | Reklam
“Qadının itkin düşməsi, yaxud qaçırılması ilə bağlı müraciət daxil olmayıb”
Gündəm 10 Oktyabr 2019 18:36 139 dəfə oxunub
“Qadının itkin düşməsi, yaxud qaçırılması ilə bağlı müraciət daxil olmayıb”
Qadının polis tərəfindən saxlanılması barədə məlumatlar həqiqəti əks etdirmir

“Sosial şəbəkələrdə fotosu paylaşılan Seyranə adlı şəxsin itkin düşməsi, yaxud qaçırılması ilə bağlı paytaxt polisinə hər hansı müraciət daxil olmayıb”. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, qadının polis tərəfindən saxlanılması barədə məlumatlar həqiqəti əks etdirmir. E.Hacıyev qeyd edib ki, BŞBPİ-nin tabeli polis orqanları tərəfindən Seyranə adlı şəxs saxlanılmayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Seyranə adlı şəxsin itkin düşməsi, yaxud qaçırılması ilə bağlı məlumat yayılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh