Ramil Usubov 770 nəfərdən 114-nü seçdi

Yol polisi 25 Aprel 2015 16:34 Oxunub 1998
Ramil Usubov 770 nəfərdən 114-nü seçdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili işlər naziri vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət məmurlarına yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, müraciətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə tapşırığına uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bətəndaşlarla görüşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş aprelin 25-də Göyçay rayon polis şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar keçirilib. Qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Göyçay, İsmayıllı, Kürdəmir, Şamaxı, Ucar şəhər və rayonlarından olan sakinlərin və bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak edib. Nazir vətəndaşları şəxsən dinləyib, onları narahat edən problemlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb. Eyni zamanda, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 770 nəfər də qəbulda iştirak edib. Onların arasından xidmətə daha yararlı və hazırlıqlı 114 gənc seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

 

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh