Continental gələcəyin kokpitini hazırlayıb - FOTO

Avtoxəbər 10 Oktyabr 2019 23:49 Oxunub 1168
Continental gələcəyin kokpitini hazırlayıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pilotsuz rejimdə isə, kokpit mobil ofisə və ya əyləncə mərkəzinə çevrilir

Continental şirkəti Frankfurtda keçiriləcək avtosalonda Integrated Interior Platform (IP) arxitekturasının son versiyasını nümayiş etdirməyi planlaşdırır. Gələcəkdə avtomobillərin kokpitinə çevrilməsi nəzərdə tutulan bu kompleks, avtomobil istehsalçılarına müxtəlif displey və onlayn servislərin işinə nəzarət edən ümumi aparat-proqram platformasını yaratmaq imkanı verəcəkdir.

Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, Continental şirkətinin məhsulu müxtəlif təhlükəsizlik tələblərinə malik olan əməliyyat sistemlərini eyni anda idarə və seçilmiş rejimdən asılı olaraq isə, gərək olan məlumatı təqdim etməyə imkan verir. Bundan başqa, platforma müxtəlif ehtiyaclara uyğun olaraq miqyaslandırıla bilər.

Şirkətin hazırladığı platforma jestlər ilə idarəetməni dəstəkləyir, yan tərəfdəki kameraların görüntülərini cihazlar panelində əks etdirir və virtuallaşdırma texnologiyası sayəsində kənar hazırlayıcıların tətbiqlərini təhlükəsiz şəkildə istifadə etməyə imkan verir. Sürücünün idarəetməni öz üzərinə götürməsi halında sürücü və sərnişin müxtəlif tətbiqlərdən və məlumat bloklarından istifadə edə bilərlər. Pilotsuz rejimdə isə, kokpit mobil ofisə və ya əyləncə mərkəzinə çevrilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh