Avtosfer.az | Reklam
Bakı-Dubay reysində QORXULU ANLAR - Tüstülənən təyyarə məcburi eniş etdi
Gündəm 11 Oktyabr 2019 00:27 172 dəfə oxunub
Bakı-Dubay reysində QORXULU ANLAR - Tüstülənən təyyarə məcburi eniş etdi
Xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib

Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib. 

Avtosfer.az APA-ya istinadən xəbər verir ki,  bunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının rəhbəri Ehsan Ostovar deyib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 13:36-da “Fly Dubai” hava yollarına məxsus “737 B” saylı reysində uçan təyyarənin pilotu ekipaj kabinetində tüstü müşahidə etdiyi üçün Şiraz hava limanında təcili eniş edib. 

O bildirib ki, Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub. 

E.Ostovar deyib ki, xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh