Suriyadan Türkiyəyə raket zərbələri endirilib, 2 nəfər ölüb
Gündəm 11 Oktyabr 2019 00:37 360 dəfə oxunub
Suriyadan Türkiyəyə raket zərbələri endirilib, 2 nəfər ölüb
Xəsarət alanlar arasında uşaqlar da var

Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlamasından sonra PKK/PYD-YPG terrorçuları tərəfindən Türkiyə ərazisinə top və raket zərbələri endirilib.

Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, top və raket zərbələrinin endirilməsi nəticəsində Şanlıurfanın Akçakale, Birecik ve Ceylanpınar rayonları ilə yanaşı Mardinin Nusaybin rayonunda 2 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Xəsarət alanlar arasında uşaqlar da var.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh