Avtosfer.az | Reklam
Ağstafada avtomobilin vurduğu piyadanın şəxsiyyəti məlum olub
Qəzalar 11 Oktyabr 2019 08:45 137 dəfə oxunub
Ağstafada avtomobilin vurduğu piyadanın şəxsiyyəti məlum olub
Faktla bağlı araşdırma aparılır

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyadanın şəxsiyyəti dəqiqləşdirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, qəzada xəsarət alan piyada, Ağstafa rayon sakini, 63 yaşlı Yaşar Zahid oğlu Yusibovdur.  Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən piyadanın vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

***21:55

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ağstafa şəhərinin ərazisində qeydə alınıb. Belə ki, yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub. Onun xəsarət aldığı bildirilir. Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Digər məlumata görə, qəzanı törədən avtomobil taksi fəaliyyəti ilə məşğul olur.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh