Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb

Texnologiya 11 Oktyabr 2019 08:55 Oxunub 2467
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Disket saatda 650 km sürətlə uçur”

Çin dizaynerləri uçan naməlum obyektə (UFO) bənzəyən, hərbi məqsədlər üçün istifadəsi nəzərdə tutulan uçan boşqab hazırlayıblar. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə “Drive” yazıb.

Bildirilib ki, yeni döyüş maşını “China Helicopter Exposition 2019” sərgisində təqdim edilib və layihə “Superböyük Ağ Akula” adlandırılıb. Uçan boşqaba iki nəfər minə bilir.

Qeyd edək ki, “Alert 5” adlı istifadəçi yeni silahın şəkillərini özünün “Twitter” səhifəsində yerləşdirib.

Paylaşımında o, “Disket saatda 650 km sürətlə uçur” - deyə yazıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh