Avtosfer.az | Reklam
Yük maşını mikroavtobusa çırpıldı: 5 ölü, 10 yaralı - VİDEO
Qəzalar 11 Oktyabr 2019 06:44 399 dəfə oxunub
Yük maşını mikroavtobusa çırpıldı: 5 ölü, 10 yaralı - VİDEO
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır

Rusiyanın Kaluqa əyalətində mikroavtobusun və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün Babıninski rayonunun M-3 avtomagistralının 202-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, “Mercedes Sprinter” markalı mikroavtobus yolun digər hərəkət zolağına manevr edən zaman eyni istiqamətdə hərəkətdə olan ağır tonnajlı yük maşını ilə toqquşub. Qəzanın şiddətindən “Mercedes Sprinter” deformasiyaya uğrayıb.

Nəticədə 5 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh