Kənan MM çəkdiyi filmdə polisləri təhqir edib - VİDEO

Yol polisi 11 Oktyabr 2019 09:51 Oxunub 4002
Kənan MM çəkdiyi filmdə polisləri təhqir edib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu səhnə insanlarda bütövlükdə polisə qarşı mənfi rəy formalaşdırır

Gənc tənqidçi Rəfin Cəfərov rejissor Kənan MM tərəfindən çəkilmiş "Dəmir qazan" adlı filmi tənqid edib. Avtosfer.az xəbər verir ki, filmdə bir çox səhnələrə toxunan tənqidçinin hazırladığı videodan görünür ki, hətta polislər də təhqir olunur. Belə ki, bir epizodda polis serjantı özündən rütbəcə böyük olan xanım polisə əxlaqsız bir şəkildə yanaşır.

Təbii ki, bəziləri deyə bilər ki, komediyadır. Amma məhz bu səhnə insanlarda xanım polislərə, eyni zamanda bütövlükdə polisə qarşı mənfi rəy formalaşdırır. Sanki xanım polislərə qarşı kişi polislərin münasibəti rejissorunun təqdim etdiyi kimidir. Həmin epizodun videosunu təqdim edirik.

Ümid edirik ki, Kənan MM bu səhvinə görə polislərdən üzr istəyəcək və həmin epizodu filmdən çıxaracaq.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh