Avtosfer.az | Reklam
Yaponiya Qran-prisinin sıralama turu təxirə salınıb
Yarışma 11 Oktyabr 2019 11:11 261 dəfə oxunub
Yaponiya Qran-prisinin sıralama turu təxirə salınıb
Hava şəraitindən asılı olaraq, yarışın proqramında əlavə dəyişikliklər də ediləcək

“Formula 1” üzrə Yaponiya Qran-prisinin sıralama turu “Xaqibis” tayfununa görə təxirə salınıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, oktyabrın 12-ə nəzərdə tutulan təsnifat mərhələsi bir gün sonraya keçirilib. Hava şəraitindən asılı olaraq, yarışın proqramında əlavə dəyişikliklər də ediləcək.

Hazırda “Xaqibis” tayfunu 25 km/saat sürətlə Marian adalarından Yaponiyaya doğru irəliləyir. Qasırğanın mərkəzindəki küləyin sürəti 75 m/s çatır. Tayfun 12 və 13 oktyabrda Yaponiya ərazisindən keçəcək. Bu səbəbdən ölkə daxilində 800-ə yaxın aviareys və reqbi üzrə Dünya Kubokunun 2 oyunu təxirə salınıb.

Qeyd edək ki, sonucu dəfə 2014-cü ildə Yaponiyada tayfun “Formula 1” yarışına problem yaradıb. Həmin il oktyabrın 5-də keçirilmiş Qran-pridə “Marussia” komandasının pilotu Jül Byanki “Suzuka” trasında 126 km/saat sürətlə qəzaya uğrayıb və komaya düşüb. Fransalı sürücü 17 iyul 2015-ci ildə Nitsada vəfat edib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh