Payız günəşi nədən təhlükəlidir? - Sürücülərə vacib xəbər

Yazarlar 12 Oktyabr 2019 12:56 Oxunub 1766
Payız günəşi nədən təhlükəlidir? - Sürücülərə vacib xəbər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Günəşli havada sürət həddini aşmamaq və ara məsafəsini gözləmək tövsiyyə olunur

Böyük Britaniya alimləri tədqiqatların aparılmasında rekordçu sayıla bilərlər. Avtosfer.az xəbər verir ki, Britaniya alimləri bu dəfə günəşə girişiblər. “Track Days” şirkətinin apardığı araşdırmalar nəticəsində günəş ucbatından baş verən yol nəqliyyat hadisələrinin sayının qarşıdan gələn avtomobillərin fənərlərinin gözü qamaşdırması və yaxud qar, yağış və duman səbəbindən pisləşən görüntü səbəbindən baş vermiş qəzalardan daha çox olduğunu aydınlaşdırıblar. Soyuq mövsümün başlaması ilə günəş səmada aşağı vəziyyətdə olur və avtomobiliçilərin gözlərini daha tez-tez qamaşdırır.

Qeyd etmək gərəkdir ki, bu hal səhər və axşam pik saatlarında daha çox  təhlükəlidir. Bu səbəbdən də ekspertlər alın şüşəsinin təmizliyinə diqqət yetirməyi, şüşəsilənlərin vəziyyətinə nəzarət etməyi və şüşəyuyan maye ehtiyatına malik olmağı məsləhət görürlər. Üstəlik, günəşli havada sürət həddini aşmamaq və ara məsafəsini gözləmək tövsiyyə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh