Sabirabadda iki "VAZ" toqquşdu – FHN

Qəzalar 26 Aprel 2015 03:08 Oxunub 1209
Sabirabadda iki "VAZ" toqquşdu – FHN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb

Sabirabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad şəhərində vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh