Qatar sərnişin avtobusuna çırpıldı: 9 ölü, 13 yaralı - FOTO

Avtosfer Foto 12 Oktyabr 2019 11:11 Oxunub 1724
Qatar sərnişin avtobusuna çırpıldı: 9 ölü, 13 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə xilasetmə və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib

Meksikada qatar və sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün San-Xuan-del-Rio bələdiyyəsi ərazisində qeydə alınıb. Bu barədə “Excelsior” nəşri məlumat yayıb.

Məlumata görə, 21 yaşlı sürücü qatarın yaxınlaşdığı zaman avtobusu hərəkət etdirərək dəmir yolu keçidindən keçmək istəyib. Ancaq buna vaxt çatmayıb, qatar avtobusa çırpılıb.

Nəticədə 9 nəfər dünyasını dəyişib, sürücü ilə birlikdə daha 13 nəfər isə xəsarət alıb. Onlardan altısının vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə yerinə xilasetmə və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh