“BMW” avtobus dayanacağına çırpıldı: 3 qadın öldü - VİDEO

Avtosfer TV 12 Oktyabr 2019 16:30 Oxunub 1108
“BMW” avtobus dayanacağına çırpıldı: 3 qadın öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoş olduğu deyilən sürücü və sərnişin saxlanılaraq şöbəyə aparılıb

Türkiyənin Çanaqqala vilayətində avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Biga rayonunda qeydə alınıb.

Məlumata görə, M.C.O.-nün idarə etdiyi 34 US 327 qeydiyyat nömrə nişanlı “BMW” markalı avtomobil idarəetmədən çıxaraq dayanacaqda avtobus gözləyən 3 qadını vurub. Qəzanın şiddətindən qadınlar ətrafa sürükləniblər,  maşın isə yol kənarına aşıb.

Nəticədə Fadimə Balkan Durmaz, Ulduz Böyük və Saniyə Ağaydın aldığı xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.

Sərxoş olduğu deyilən sürücü və sərnişin saxlanılaraq polis şöbəsinə aparılıb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh