Yol Polisinin Bakı-Sumqayıt yolu ilə bağlı xəbərdarlığı

Gündəm 12 Oktyabr 2019 13:30 Oxunub 4728
Yol Polisinin Bakı-Sumqayıt yolu ilə bağlı  xəbərdarlığı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərəkət məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb. Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevin Avtosfer.az-a verdiyi məlumata görə, Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5 -ci kilometrindən 11.5 -ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh