DİN avtomobillərini satışa çıxarır - “BMW 320”, “Mercedes Benz E500”...

Avtoxəbər 12 Oktyabr 2019 14:11 Oxunub 1369
DİN avtomobillərini satışa çıxarır - “BMW 320”, “Mercedes Benz E500”...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2008-ci il buraxılışlı "QAZ-31105"in ilkin 2000 manata təklif ediləcək

Bu ilin noyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) balansında olan avtomobillər hərraca çıxarılacaq.

Avtosfer.Az oxu.az-a istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin keçirəcəyi hərracda müştərilərə ümumilikdə dörd avtomobil təqdim ediləcək.

Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının 2006-cı ildə istehsal olunmuş "BMW 320" maşınının start qiyməti 8000 manat olacaq.

2008-ci il buraxılışlı "QAZ-31105"in ilkin 2000 manata təklif ediləcək.

Həmçinin, 2008-ci il istehsalı olan "Mercedes Benz E500" 10000 manata, 2007-ci il buraxılışlı "FIAT Doblo" isə 3500 manata (hər ikisinin start qiymətidir) təklif olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh