Avtomobil oğurlamağa gəldi, peşman oldu: atdığı kərpic bumeranq kimi qaydıb sifətinə dəydi - VİDEO

Avtosfer TV 14 Oktyabr 2019 18:25 Oxunub 1474
Avtomobil oğurlamağa gəldi, peşman oldu: atdığı kərpic bumeranq kimi qaydıb sifətinə dəydi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, çox uzağa gedə bilməyi, polis tərəfindən saxlanılıb

Britaniyada tragikomik avtomobil oğurluğuna cəhd təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, park edilmiş avtomobilin yanına bir şəxsin yaxınlaşdığı görülür. Bir müddət ətrafa göz gəzdirən şəxs, yerdən kərpici götürür və avtomobili qaçırmaq məqsədilə yan şüşəsinə zərbə endirir. Bu anda kərpic şüşəyə dəyib geri qayıdaraq onun sifətinə dəyir. Ağrılar içində bir az üzünü tutan cinayətkar hadisə yerindən qaçaraq gizlənmək istəyib.

Yerli medianın yazdığına görə, o, çox uzağa gedə bilməyi, polis tərəfindən saxlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh