Avtosfer.az | Reklam
Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
Yarışma 13 Oktyabr 2019 12:56 173 dəfə oxunub
Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
Bu mərhələdə ikinci yeri “Ferrari”nin alman pilotu Sebastyan Fettel, üçüncü yeri isə “Mercedes”in üzvü Luis Hemilton tutublar

Oktyabrın 13-də Formula 1 üzrə dünya çempionatının 17-ci mərhələsinin - Yaponiya Qran-Prisinin qalibi müəyyənləşib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas finiş xəttinə birinci çatıb. Bu mərhələdə ikinci yeri “Ferrari”nin alman pilotu Sebastyan Fettel, üçüncü yeri isə “Mercedes”in üzvü Luis Hemilton tutublar.

Qeyd edək ki, Formula 1 üzrə dünya çempionatının növbəti – 18-ci mərhələsi oktyabrın 25-27-də Meksikada keçiriləcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh