Qaxda avtomobil piyadanı vurub

Qəzalar 14 Oktyabr 2019 08:48 Oxunub 818
Qaxda avtomobil piyadanı vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Rayonun Qaxingiloy kənd sakini, 34 yaşlı Valeri Rastyaşvili minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli xəsarətlər alan V.Rastyaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh